Parlamentin Fransa Senatına etiraz bəyanatı

Milli Məclis noyabrın 25-də Fransa Senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

XALQ.AZ xəbər verir ki, bəyanatı Cavanşir Feyziyev təqdim edib.

Bu gündən yeni həyat başlayır - Cavanşir Feyziyev

Bəyanatda bildirilir ki, son illərdə tutduğu mövqe və verdiyi bəyanatlarla bitərəfliyini şübhə altına qoyan Fransan Respublikasının ATƏT-in Minsk Qrupu həmsərliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin.
Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın.

Eyni zamanda çağırışda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud iqtisadi əlaqələr dərindən təhlil edilərək, müvafiq tədbirlər görülsün.