Parlamentdə növbəti dava

Münaqişə sonradan davaya çevrilib.

Türkiyə parlamentində hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası üzvləri ilə “Milli Hərəkat” partiyası üzvləri arasında qanlı qarşıdurma baş verib. İnternetdə davanın video-görüntüləri yayılıb.

XALQ.AZ AZE.az-a istinadən xəbər verir ki, Türkiyə parlamentində Ədalət və İnkişaf Partiyası üzvləri ilə “Milli Hərəkat” partiyası üzvləri arasında dava düşüb.

“Hürriyyet” əvvəl xəbər vermişdi ki, “Milli Hərəkat” partiyası “İraq Şam İslam Dövləti” qruplaşmasının yaratdığı təhlükə ilə əlaqədar xüsusi komissiyanın təşkil edilməsini təklif edib.

Sonradan səsvermə başlayıb. Amma “Milli Hərəkat” partiyasının deputatlarından Ali Uzunarmak İqtidar partiyasını səsvermədə iştirak etməyən deputatların yerinə də səs verməkdə ittiham edib. Bu səbəbdən mübahisə yaranıb, sonradan isə davaya çevrilib.

Nəticədə hər iki tərəf zərər çəkib.