Parlamentin növbəti iclasının vaxtı məlum oldu

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası iyun ayının 5-də keçiriləcək.

XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ikinci iclasında spiker Sahibə Qafarova bildirib. 

Sədr qeyd edib ki, bu gün cari məsələlərin müzakirəsi üçün yazılan 20 deputatın siyahısı saxlanılacaq və növbəti iclasda onlara söz veriləcək.