Parlaq Zəfər günü 8 noyabr

Vətən müharibəsində iştrak edənləri, Vətən uğrunda canından keçənləri dünyaya gətirən igid anaların qarşısında baş əyirik. Öz ərinin, evinin kişisinin, uşaqlarının atasının ön xətdə ölümlə üz-üzə qalacağını bilə-bilə ürəyinə daş basan, xalqın xoşbəxt gələcəyi üçün öz xoşbəxt gələcəyini qurban verən, atasız uşaq böyütmək ehtimalını Qarabağın yetim qalmaması uğrunda gözə alan əsgər və zabitlərimizin həyat yoldaşlarına öz minnətdarlığımı bildirirəm, şəhid xanımlarına baş sağlığı verirəm, onların qarşısında baş əyirəm.

İşğaldan azad edilmiş rayon və şəhərlərimizdə dünyaya gəlmiş və oraların həsrətində olan məcburi köçkünlərimizin ən tez bir zamanda öz yurdlarına qayıtmalarını arzu edirəm, bu həsrətlə dünyadan köçənlərə və müharibədə iştrak edərək şəhid olanlara ulu Tanrıdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Biz bu ZƏFƏRİ Ali Baş Komandanın, ərən oğulların, düşmənin gözünə ox batıran igid əsgərlərimizin, zabitlərimizin, komandir və generallarımızın əzmi, iradəsi və gücü sayəsində qazandıq.

Zəfər günümüz qutlu və davamlı olsun!

Bütün Dünya Azərbaycanlıların Zəfər bayramını böyük hörmət və qürur hissi ilə təbrik edirəm.

Hüqüşunas

Elnur Abbaszadə