Partlayışın baş verdiyi rayonda fövqəladə vəziyyət rejimi tətbiq edilib – YENİLƏNİB-4

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin Kumtorkalinski rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bu barədə regionun rəhbəri Sergey Melikov bildirib.

O, yanacaqdoldurma məntəqəsində baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahın iclasını keçirib.

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dağıntılar altındakı daha 3 nəfərin meyiti tapılıb.

 

TASS