“PAŞA Holding” Ağdamda 300 ailəyə ərzaq yardımı payladı – Foto

Ağdam Rayon İcra Hakimiyyəti və “PAŞA Holding” MMC-nin birgə  təşkilatçılığı  ilə Ağdam rayonunun təmas xəttində yerləşən kəndlərində yaşayan 300 ailəyə ərzaq yardımı paylanılıb.


XALQ.AZ xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyəti və “Paşa Holding” MMC-nin birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün sovqat aksiyası təşkil edilib.


Aksiya iştirakçıları gündəlik ərzaq məhsullarından ibarət 300 ədəd sovqat  bağlamanı yaşı 65-dən yuxarı tənha yaşayan ahıllara, fiziki məhdudiyyətli şəxslərə, Qarabağ qazilərinə, şəhid və sosial müdafiəyə ehtiyacı olan az təminatlı ailələrə çatdırıb.


Keçirilən belə sosial aksiyalar ölkəmizdə Koronavirus (COVİD-19) pandemiyası dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, şəhid ailələrinə və aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir daha dəstək oldu.⠀


Ağdam  rayon  sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışı əsasında reallaşan aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını ifadə ediblər.

XALQ.AZ