“PAŞA Holding” Zaqatalada sosial aksiya həyata keçirib-Fotolar

Ölkə ərazisində koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər, dövlət başçısının əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım dövlət tərəfindən vətəndaşa olan diqqət və qayğının ən bariz nümunəsidir.
Karantin rejimi müddətində aztəminatlı əhaliyə maddi- mənəvi və sosial dəstək göstərilməsi məqsədi və qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “PAŞA Holding” MMC Heydər Əliyev Fondunun #Biz Birlikdə Güclüyük! layihəsi çərçivəsində Zaqatala rayonunda sosial aksiya həyata keçirib.
Aksiya çərçivəsində Vətən Müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçuların ailələri, eləcə də sosial müdafiəyə ehtiyacı olan ailələr ziyarət edilib. Ümumilikdə 300 ailəyə gündəlik tələbat üçün lazım olan ərzaq yardımı paylanılıb.
Şəhid olan və yaralanan hərbi qulluqçuların ailə üzvləri dövlətimiz tərəfindən əhatə olunduqları diqqət və qayğıya, həmçinin karantin rejimi müddətində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

XALQ.AZ