Paşayeva doğma kəndində seçicilərilə görüşdü – FOTO

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva bu gün doğulduğu və böyüdüyü Düz Qırıqlı kəndində görüşlər keçirib.

XALQ.AZ xəbər verir ki, “məhəllə-məhəllə”, “ev-ev” prinsipi ilə hər bir seçicisi ilə ayrı-ayrılıqda görüşən Qənirə Paşayeva ilk olaraq şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranlarını ziyarət edib.

“Əziz Düz Qırıqlı sakinləri, düz 14 il əvvəl ilk dəfə seçkilərdə iştirak edəndə sizə bir söz verdim: Bütün fəaliyyətim dövründə gücümün çatdığı qədər sizə, bütün seçicilərimə, millətimizə və dövlətimizə xidmət edəcəm! 14 illik deputat fəaliyyətim dövründə də hər gün bu düşüncə ilə yaşadım və çalışdım. 14 il ərzində Düz Qırıqlının problemlərinin böyük hissəsi öz həllini tapdı. Bilirəm, hələ də həllini gözləyən məsələlər var. Bundan sonra da həmin məsələlərin öz həllini tapması istiqamətində yenə də əlimdən gələni əsirgəməyəcəm. Bilirsiniz ki, mən hər zaman sizin yanınızda oldum. Çünki bu mənim bir borcumdur. Vəzifə ilə yanaşı, həm də insanlıq borcumdur və bundan sonra da harada çalışmağımdan asılı olmayaraq, gücümün çatdığı qədər hər zaman sizin yanınızda olacam”, – Paşayeva deyib.

Q.Paşayeva həmçinin ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilmiş böyük işlərdən və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğıdan danışıb, seçicilərlə fikir mübadiləsi aparıb.

Qənirə Paşayeva ona hər zaman etimad və dəstək göstərən Düz Qırıqlı seçicilərinə təşəkkür edərək, təkrar etimad göstərərlərsə, bundan sonra da onları layiq olduqları səviyyədə təmsil etmək üçün yorulmadan çalışacağını bildirib.

Düz Qırıqlı sakinləri Qənirə Paşayevaya 14 illik fəaliyyəti dövründə etimadlarının daha da artdığını deyiblər və namizədlərinə uğurlar diləyiblər.

Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.
Ganire Pashayeva adlı şəxsin şəkli.

XALQ.AZ