Paşinyan istefa ver!- Ermənistanda gərginlik

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

XALQ.AZ erməni KİV-lərinə istinadən məlumat verir ki, aksiyada siyasi xadimlər də iştirak edir.

Aksiyada iştirak edən “Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan müxalifətin N.Paşinyanın dərhal istefaya getməsini tələb etdiyini deyir:

“Bunun əvəzində isə hökumət müəyyən nazirləri dəyişməklə diqqətimizi yayındırmağa çalışır”.

Qeyd edək ki, Yerevanda aksiyalar noyabrın 10-dan etibarən davam edir. Son bir neçə gündür ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlayır.

XALQ.AZ