Paşinyan yenə öz havasında çıxışlar edir – Millət vəkili

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın hərəkətlərini “genişmiqyaslı hərbi təcavüz” kimi qiymətləndirməklə  ittiham edib. Bu barədə baş nazir hökumətin iclasında çıxışı zamanı deyib. 
“Sərhəddə baş verən toqquşmalar Bakının “siyasətinin nəticəsidir”. 4 hərbçimiz həlak olub. Hesab edirəm ki, Azərbaycanın hərəkətləri “genişmiqyaslı hərbi təcavüzə” başlamaq niyyətindən xəbər verir. Bakı sərhəddin bəzi hissələrində “hərbi əməliyyatlara” başlamaq, sonra Ermənistana qarşı “genişmiqyaslı müharibəyə çevirmək istəyir”, o hökumətin iclasında bildirib.
Bir gün əvvəl Azərbaycan Prezdienti İlham Əliyev Milli Məclisdə andiçmə zamanı söyləyib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur.
“Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”, – Prezident nitqində qeyd edib.
Milli Məclisin Beynəlxalq Məsələlə üzrə Komissiyasının üzvü Elman Nəsirov hesab edir ki, Paşinyan yenə öz havasında çıxışlar edir.
“Bir yandan sülhdən danışır, bir yandan beynəlxalq ictimaiəti çaşdırır. Bununla paralel olaraq Azərbaycanla sərhəddə atəşkəsi pozur. Bundan əvvəl Paşinyan müsahibələrində də deyib ki, guya Azərbaycan sülh olmasa müharibə yolu ilə Ermənistanı işğal etmək niyyətindədir. Guya biz irimiqyaslı hücuma hazırlaşırıq”, – deputat vurğulayıb.
Nəsirov söyləyir ki, Ermənistan bu cür addımlarla həm sülh müqaviləsindən yayınır, həm də öz himəyadarlarından silah-sursat almaq üçün vaxt qazanır.