Paşinyana hucum olundu-Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik vilayətinə səfəri etirazlara səbəb olub.

XALQ.AZ xəbər verir ki bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Etirazçılar baş nazirin olduğu avtomobilin yolunu bağlayıb. Hətta onlardan biri baş nazirin cangüdənlərinin avtomobilinin üzərinə çıxıb. Aksiya iştirakçıları Nikol Paşinyanın Mehri şəhərini tərk etməsini tələb ediblər. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb.

Şəhərdə vəziyyət gərgin olaraq qalır, sakinlər “Nikol satqın”, “Nikol türk” şüarları səsləndirib, polis isə baş nazirin avtomobil karvanının keçməsi üçün etirazçıları dağıtmağa çalışır.