Paşinyanın istefası tələb olunur

Yerevanın mərkəzində baş nazir Nikol Paşinyanın istefa tələbi ilə saat 13:00-da mitinq keçiriləcək.

XALQ.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiya 17 siyasi partiyanın təşkilatçılığı ilə baş tutacaq. Yerevanın mərkəzindəki Azadlıq meydanında baş tutan aksiyada onminlərlə insanın iştirakı gözlənilir.

Bununla bağlı, Yerevanda kütləvi həbslərin başlanıldığı xəbər verilir.