“Patron” xəstəlik mənbəyidir?

 

45

Günəbaxan tumlarının yaxşı qurudulmaması səbəbindən kifləndiyi və xəstəliklərə yol aça biləcəyi deyilir.

Bir müddət əvvəl ölkə bazarında özünə yer qazanmış, lakin sonradan alıcılıq qabiliyyətini itirən “Patron” tumları ilə bağlı maraqlı bir iddia ortaya atılıb. XALQ.AZ- a verilən məlumata görə, günəbaxan tumlarının bazarda özünə yer tapa bilməməsi onun aşağı keyfiyyətli olması ilə yanaşı, həm də istehsal prosesinin düzgün şəkildə qurudulması ilə bağlı olub.

Verilən məlumatda deyilir ki, “Patron” tumlarının ilkin mərhələdə aparılan reklamı uğur qazandırsa da, alıcı onun aşağı keyfiyyətli olmasından dolayı imtina etməyə başlayıb. Hətta bəzi iddialara görə, bu günəbaxan tumlarından zəhərlənmə halları da qeydə alınıb. Lakin bunun nə dərəcədə real olub-olmadığı hələlik tərəfimizdən dəqiqləşdirilməyib.

Mütəxəssislərin dediyi isə budur ki, bu şirkətin istehsal etdiyi günəbaxan tumlarının aşağı keyfiyyətli olmasının səbəblərindən biri onun lazımi səviyyədə qurudulmasının həyata keçirilməməsidir. Belə ki, fabrikə gətirilmiş tumlar ya lazımi temperaturda qurudulmadan, ya da yüksək tmmperaturda qurudularaq keyfiyyətsiz hala salınır.

Mütəxəssislər deyirlər ki, belə olan vəziyyətdə hava keçirməyən qablara yerləşdirilən“Patron” tumlarının kiflənməsi baş verir. Bu isə zəhərlənmə üçün yol açan amillərdən biridir. Mütəxəssislər onu da deyirlər ki, kif bağlamış günəbaxan tumları, həm də böyük və uşaqlarda bağırsaq çöplərinin yaranmasına da səbəb olur. Sonrakı mərhələdə isə həmin bu problem digər xəstəliklərin də mənbəyinə çevrilir. Tia.az

Araşdırmamız davam edir .

Qarşə tərəfində mövqeyini dərc etməyə hazırıq