Paytaxt sürücülərinə pis xəbər (FOTO)

Y-1

Bakıda daha bir yol təmirə bağlanıb.

Xalq-az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının binasına qədər olan hissəsində (hər iki istiqamət) asfalt örtüyünün yenilənməsilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.

Y-1

Y-2