Paytaxtda aksizsiz siqaret satanları kim himayə edir? -Video

Azərbaycanda aksizsiz siqaret, içki məhsullarının satışı qadağandır. Amma illərdir Hənifə Ələsgərov və Mərdanov qardaşları küçələrinin kəsişməsində aksiz markası olmayan siqaretlər satılır. Məkan yalnız bura deyil Bir çox başqa istiqamətlərdə də eyni satış var. Bilirlər. Görürlər.

Bəlkə belə lazımdır. Bu cür gizli, qaçaq formada satışın əhəmiyyəti varsa niyə normal formada satış təşkil edilmir? Gün ərzində əldə edilən gəlir də büdcəyə yönələr və sair və ilaxır.

Amma bu proses bir çox sualları gündəmə gətirir. Aksiz markası olmayan siqaretlər bu məkana necə daxil olur? Qaçaq yolla ölkəyə gətirilir?

Daha ətraflı RTV-də izləyə bilərsiniz:

Sual yaranır, Bakıda yaranan bu mənzərənin əsl səbəbkarı kim və hansı orqandır? Belə təəssürat yaranır ki, bu, bir nəfərin və ya bir qurumun işi deyil. Ortada milyonlarla vəsaitin nəzarətsiz, vergidən kənar, qeyri-leqal formada dövriyyəsinə kimlər şərait yaradır?