Penitensiar xidmət və DİN-in birgə əməliyyatı

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyi (DİN) narkotiklə bağlı birgə əməliyyat keçirib.

Birgə əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Azad oğlu Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi ümumi çəkisi 482 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.