Pensiyalar artırılacaq

6

 

“Hər il olduğu kimi gələn il də 2013-cü ilin infilyasiya həddinə indeksləşdirərək pensiya artımına nail olacağıq”. ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Sədr qeyd edib ki, bu il ərzində pensiyaların baza hissəsi 17,6 % artırılıb və gələn il də bu tendensiya davam edəcək:

“Növbəti ilin pensiya artımı ilə bağlı onu deyə bilərəm ki, gələn il üçün pensiyaların artırılması məsələsi ilə bağlı proqramı yanvar ayında Prezident Admistrasiyasına təqdim edəcəyik. Hər il olduğu kimi gələn il də 2013-cü ilin infilyasiya həddinə indeksləşdirərək pensiya artımına nail olacağıq”.

Sədr həmçinin bildirib ki, işə götürənlə işçi tərəfindən DSMF-yə ödənilən sosial sığorta haqlarının nisbətinin dəyişdirilməsi nəzərdə tutulur:

“Burada əsas məqsəd işə götürənlərin yükünün azaldılması və işçinin yükünün tədricən artırılmasıdır. Bu günki normativə əsasən daha çox yük işə götürənlərin üzərinə düşdüyündən onların bu sahədə maraqsız olması, eləcə də aşağı məbləğlə sosial sığorta haqqı ödüyən şəxslərin bu sistemdə aktivlik göstərməməsi müşahidə edilir. Bütün bu məsələlər müşahidə olunur və müvafiq təhlillər hazırlanır. Məqsə işə götürənlə işçi tərəfindən DSMF-yə ödənilən sosial sığorta haqlarının nisbətinin eyni fazi dərəcəsinə çatdırmaqdır”.