Pensiyalar artırılması təklif olunur

Əmək pensiyalarının minimum məbləğinin artırılması təklif edilir.

XALQ.AZ -ın məlumatına görə, bu təkliflə deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətdə son illərdə mühüm addımlar atılıb.

 

“Ancaq bu məsələnin nəzarətdə saxlanılmasına ehtiyac var”, – deyə o bildirib.

Deputat, həmçinin, ali məktəb müəllimlərinin, elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımların atılmasının vaciliyini diqqətə çatdırıb.