Peşə Təhsili üzrə Dövlət Agentliyinin işə qəbulu sistemi çöküb –

Artıq bir neçə gündür Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbuluna start verib.  

Sənəd qəbulu elektron qaydada aparılır. Agentliyin yaydığı məlumatda bildirilir ki, sənəd qəbulu üçün son müraciət  21 avqust tarixində bitir.

Amma müraciət başlayan dəqiqədən Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlum – portal.edu.az sistemində ciddi problemlər yaranmaqdadır. İstər vakant vəzifələrin seçimində, onların sistemlənmiş siyahısında, istərsə də müraciətlərə verilən cavablarda böyük problemlər yaranıb.

Təsəvvür edin ki, sistemdə ilk əvvəl “İmtahana buraxıldınız” cavabı görünsə də, bir neçə saat sonra “İmtahana buraxılmadız” cavabı verilir. Hər iki cavab isə sistemdə qalır. Həmçinin qeyri ixtisaslıların imtahana buraxılması, ixtisaslı və təcrübəlilərin imtahandan kənarda qalması halları bu il də ciddi müzakirə mövzusu olaraq qalmaqdadır.

Нет описания.

Sosial şəbəkələrdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin düşdüyü bu vəziyyət ciddi tənqid edilir və qurum fəaliyyətsilikdə günahlandırılır.

Qeyd edık ki, bu texniki problemlər hər il təkrarlanır və daha biabırçı hal alır.

Xartladaq ki, ötən sənəd qəbulu ilində 1 gün sistem çökdü. Bu il isə daha bərbad vəziyyət hal alıb, insanlara gələn cavablar aldadıcıdır.

Baş verənləri aydınlaşdırmaq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumun Həvva adlı xanım əməkdaşı baş verənləri təsdiqlədi və bunun ciddi texniki qüsur olduğunu bildirdi: “Yaranmış vəziyyətdən məlumatlıyıq. Sırf texniki problemdir və aidiyyatı üzrə həll edilməkdədir”.

Həvva xanım bildirdi ki, müraciət edən şəxslərə gələn cavablar yetərsizdir və sistem yeniləndikdikdən sonra doğru cavablar görünəcək. Həmçinin hər bir müraciət edən şəxsə elekton formada sms məlumat göndəriləcək.

Dünyadan xəbərlər - Bizimxeber.az

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmovdur.

P.S.
Məlumat üçün bildirək ki, portal.edu.az kimi sistemlər hansısa şirkətlərlərlə bağlanan çox bahalı server və texniki dəstək  müqavilələri üzərində dayanmalıdır.. Nəzərə alsaq ki, bu sistem ildə cəmi 20-25 gün yüklənir və yerdə qalan müddətdə ümumiyyətlə az istifadə olunur, o zaman bunun nə qədər zəif olduğunu açıq şəkildə görmək olar.

Həmçinin bu kimi sistemlərin təhlükəsizlik baxımın