Piyada səkisində antisanitar vəziyyət

“OBA” marketin Lökbatan qəsəbəsində yerləşən mağazası piyada səkisini zəbt edərək ərazidə antisanitar vəziyyəti yaradıb.

Bu problemi Namiq Şahliyev ictimailəşdirib. O bildirib ki, bu səkidən hər gün minlərlə insan keçir:

“Yay aylarında ümümiyyətlə çox iyrənc vəziyyət yaranır. Pis qoxu ətrafı bürüyür. Xarab ərzaqların suyu səkini pis vəziyyətə salıb.

Piyada səkisini “OBA” market xaraba qoyub.

Həmin ərazidə yanğın olub dəfələrlə, yaxınlıqdan qaz borusu keçir. Yenə də veclərinə deyil.

Qaradağ Rayon İcra Hakimiyyətinə də irad bildirmişəm, amma boş divar onlardan yaxşıdı”.