Polad Ələmdarın 7 milyon dollarlıq ofisi (FOTO)

Polad

“Kurtlar vadisi” serialında canlandırdığı Polad Ələmdar obrazı ilə məşhurlaşan aktyor Nəcati Şaşmaz şirkəti üçün yeni bina alıb.

XALQ.AZ-ın məlumatına görə, qardaşı Raci Şaşmaz ilə yollarını ayıran Nəcati ötən ay aralarında yaranan gərginlikdən sonra Nişantaşındakı “Pana film” şirkətini çıxarmaq məcburiyyətində qalmışdı.

Qardaşı Raci Şaşmazla və illərdir serialın ssenarisini yazan Bahadır Özdənər və Cüneyt Aysanla dava edib ortaqlığa son qoyan Nəcati artıq yoluna tək “qurd” kimi davam etməyi seçib. Serialın bütün məsuliyyəti öz üzərinə götürən və qardaşı ilə də əlaqələrini kəsən Nəcati Şaşmaz şirkəti üçün Kiçik Çamlıca ərazisindən 7 milyon dollar dəyərində olan yeni bina alıb.

Bina