Polis əməliyyat keçirdi

 

Keçmiş “Qarabağ” mehmanxanası yaxınlığında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

XALQ.AZ xəbər verir ki, Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, mehmanxananın yaxınlığında yerləşən köhnə tələbə yataqxanasında cümə namazı üçün toplaşan şəxslərin sənədləri yoxlanılır.

Əməliyyat Nəsimi Rayon Polis İdarəsi tərəfindən həyata keçirilir.