Polis əməliyyat keçirdi

Nese

Ötən gün Şabran polisi uğurlu əməliyyat keçirərək narkotik əkinçisini iş başında yaxalayıb.

Şabran polis şöbəsinin müstəntiqi Orxan Əkbərovun verdiyi məlumata görə, keçirilən əməliyyat zamanı Siyəzən rayon sakini, 1967-ci il təvəllüdlü Səməndər Balasultan oğlu Nəcəfov tutulub.

Polis onu rayon mərkəzindən 45 km. aralıda, Dəhnə kəndi yaxınlığında becərdiyi narkotik plantasiyasında iş başında tutub. O, narkotik plantasiyasını sərt qayalıqda becərirmiş ki, gözdən uzaq yer olsun.

Polis plantasiyadan 130 ədəd çətənə kolu aşkarlayıb. Səməndər Nəcəfov hadisə yerindəcə əməlini etiraf edib.

Səməndər Nəcəfov onu da əlavə edib ki, özü də narkotik istifadəçisidir.

Faktla bağlı Cinayət məcəlləsinin 237.2.3 maddələrilə cinayət işi başlanıb, araşdırma aparılır.