Polis əməliyyat keçirdi: Məşhur hakim fahişəxanada saxlanıldı

Sloveniyalı FIFA hakimi Slavko Vinçiç Bosniya və Herseqovina polisi tərəfindən həbs olunub.
XALQ.AZ xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı referi polisin fahişəxanada keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onunla birlikdə 9 qadın və 26 kişi həbs olunub.

Bosniya və Herseqovina polisinin basqını fahişəlikdə şübhəli bilinən Tiyana Aifon kimi tanınan Tiyana Maksimoviçin işi ilə əlaqədar etdiyi vurğulanıb.
Qeyd edək ki, Vinçiç bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununu və Avropa Liqasında pley-off matçını idarə edib.