Polis 3 həmkarını güllələdi

5

Bu gün Moskva şəhərində polis öz həmkarlarına atəş açıb.

Xaıq.az-ın məlumatına görə, hadisə zamanı ölüm olmayıb və bir azdan sonra atəş açan serjant həbs edilib.

Hadisə axşam saatlarında Ryabinov küçəsində patrul xidmətinin işçilərinin arasında baş verib. Polis serjantı iş tapançası ilə üç həmkarını güllələyib. Yaralanmış polislər xəstəxanaya yerləşdirilib. Hadisə hüquq-mühafizə işçilərinin növbədən sonra silahlarını təhvil verməsi zamanı baş verib.

Rusiyada polisin iştirakı ilə atışma hadisəsi tez-tez baş verir. Fevralda Moskvanın 263 saylı məktəbində şagird polisi qətlə yetirmişdi.