Polis Badamdardakı sürüşməyə görə sürücülərə müraciət etdi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən XALQ.AZ-a daxil olan müraciətdə bildirilir:

“Sürüşmə ilə əlaqədar olaraq sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etsinlər”.

XALQ.AZ