Polis bölməsinə silahlı hücum

Silah

ABŞ-ın Pensilvaniya ştatında Bluminq-Qrouv şəhərciyində naməlum silahlılar polislərə atəş açıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə polis bölməsində baş verib.

Silahlılarınm hücumu nəticəsində 2 polis əməkdaşı yaralanıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib, onun vəziyyəti sabit qiymətləndirilir.

Cinayətkarların tapılması istiqamətində axtarışlar aparılır. Bluminq-Qrouva şəhərciyinə gələn bəzi yollar bağlanıb. Silahlıların niyə polis bölməsinə hücum etdiyi hələlik məlum deyil.