Polis körpəni oğurlayan qadının izinə düşüb

Usaq

Polis iki aylıq körpəni oğurlayan qadının izinə düşüb.

Sumqayıt şəhər polis idarəsindən verilən məlumata görə, Təhlükəsiz Şəhər İdarəsi vasitəsilə həmin qadının ayrı-ayrı nöqtələrdə yeni görüntüləri müəyyən edilib. Lakin uşaq oğrusunu saxlamaq mümkün olmayıb.

Oğurlanan körpənin babası hadisənin təfərrüatları barədə danışıb. Avqustun 13-də həmin qadın Aysel Əhmədovanın evinə gələrək özünü Humanitar Fondun əməkdaşı kimi təqdim edib və ona kömək edəcəyi vədi verib.

Artıq bir həftədir ki, körpədən xəbər yoxdur. Polis orta bədən quruluşlu, sarışın 40-45 yaşlı bu qadının axtarışları üçün səfərbər olub.