Polis məktəbinin adı dəyişdirildi — Fərman

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin adı dəyişdirilib.
Prezident İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, təhsil müəssisəsi bundan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi adlanacaq.