Polisləri pusquya salıb öldürdülər

1

Pakistanda şimal-qərbində yerləşən Peşəvar vilayətində 5 nəfər polis döyüşçülərin qurduğu pusquya düşərək öldürüldü.

Xalq.az-ın məlumatına görə, polislərdən başqa həmin ərazidən keçən 1 nəfər sürücü də ölüb, bir neçə insan yaralanıb.

Yerli polis hələ ki hücum edənlərin neçə nəfər olduğunu müəyyən etməyib.

Keçən həftə Pakistanda taliblər atəşkəsdən imtina etdiklərini bəyan edib. Atəşkəs haqqında razılaşma martda əldə edilmişdi. Buna baxmayaraq Pakistan hökuməti “Taliban”la danışıqları davam etdirmık istəyir.