“Polislərimiz hər zaman ədalətli hərəkət edirlər” – Deputat

“2 iyul Azərbaycanda Polis günüdür. Bu müstəqil Azərbaycan dövlətinin asayişinin keşiyində duran bir orqanın yaranmasının günüdür. Polislərimiz hər zaman xalqla, dövlətlə bir yerdə olub. Azərbaycan dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsində, Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsində, ölkədə ictimai asayişin qorunmasında polislərin çox böyük rolu var”. Bu sözləri millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan polisi olmaq şərəfli bir peşəni yerinə yetirmək deməkdir: “Polis adının hər zaman yüksək tutulması və bu şərəfin qorunması hər polis işçisinin müqəddəs vəzifəsidir. Azərbaycan polisi şübhəsiz ki, Azərbaycan xalqının içərisindən seçilən bacarıqlı şəxslərdən ibarətdir. Polis olmaq cəsarət, hünər tələb edən peşədir.

Azərbaycan polisi xüsusilə müstəqilliyimizin ilk illərində odlu, alovlu yollardan keçib. Polislərimiz hər zaman ədalətli hərəkət edirlər. Lakin yeri gəldikdə polislərimiz sərt davranmaq məcrubiyyətində də qalırlar. Buna baxmayaraq onların peşələrinin çətinliklərini anlayaraq, biz vətəndaşlar daha düşüncəli olmalıyıq. Bütün Azərbaycan Polislərini təbrik edir, onlara uğur arzulayıram”.