Polislərimiz qan verdi-FOTOLAR

Polis

 

Bakıda yol polisi əməkdaşları qan veriblər.

XALQ.AZ xəbər verir ki, qanvermə aksiyası Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində baş tutub.

Tədarük olunan qan komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdirilcək. Sonra isə irsi qan xəstəliklərindən əziyyət çəkən, o cümlədən müxtəlif qəzalarda və cərrahi əməliyyatlarda qan itirən şəxslərin həyatda qalmasına yardımçı olacaq.

 

A.M.