Pompeo və Lavrov generalın öldürülməsini müzakirə edib

ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

XALQ.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, ABŞ və Rusiya rəsmiləri İran generalı Qasım Süleymaninin öldürülməsini müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

XALQ.AZ