Pornoulduzun toyu baş tutdu

kim

Tanınmış erməniəsilli pornoulduz Kim Kardaşyan (Kim Kardashian) İtaliyada evlənib.

XALQ.AZ-ın məlumatına görə, ötən gün Kim Kardaşyan sevgilisi, tanınmış rep ifaçısı Keni Vestlə (Kanye West) İtalyanın Florensiya şəhərində nikah masasına əyləşib.

Nikah mərasiminin keçirildiyi məkanı kirayə götürmək üçün cütlüyün 300 min avro xərclədikləri bildirilir.

Erməni əsilli Kardaşyan iki ilə yaxındır ki, Keni Vestlə sevgili olublar. Cütlüyün yaxın qohumları onların evləndikləri xəbərlərini mətbuata təsdiqləyiblər. Toy mərasiminə gələn qonaqların sırasında məşhur italyan ifaçı Andrea Bocelli və Katy Perrinin də olduğu bildirilir.

Kardaşyan-Vest cütülüyünün ötən il dünyaya gələn Nors adlı qızları var.