Prezident Administrasiyasında DƏYİŞİKLİK

85

 

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında fərman verib.

APA-nın verdiyi məlumata görə, indiyə qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məxfi sənədlərlə iş qaydaları xüsusi Əsasnamə ilə müəyyən olunub.

Dəyişikliyə əsasən bundan sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məxfi sənədlərlə iş qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.

Administrasiyanın struktur bölməsinin işçisi kompüterdə olan xidməti məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə iş vaxtı bitdikdən sonra iş otağını tərk edərkən istifadəsində olan kompüteri söndürməklə yanaşı, onu elektrik şəbəkəsindən və internet şəbəkəsini kompüterlə birləşdirən xətti kompüterdən ayırmalıdır.

Administrasiyanın struktur bölməsinin işçisi bu tələbə əməl etmədikdə məsuliyyət daşıyacaq.