Prezident Akademiki təltif etdi

Prezident İlham Əliyev Cəmil Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


XALQ.AZ-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cəmil Əziz oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.