Prezident Azər Rzazadəyə “Əməkdar artist” adı verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, Prezidentin sərəncamı ilə “Əməkdar artist” adı verilən sənətçilər arasında Azərbaycanı dünyada mədəniyyət səhnəsində uğurla təmsil edən Rza-zadə Azər də var.

Qeyd edək ki, Azər Rza-zadə Xalq artisiti Zaur Rzayevin övladıdır.

Azər Rza-zadə “La Scala”  vokal akademiyasının məzunudur.