Prezident Bakı-Tbilisi-Qars ilə bağlı sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Saziş təsdiqlənib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.