PREZİDENT BAŞSAĞLIĞI VERDİ

Prezident_311216may12

Prezident İlham Əliyev  Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı məktubu göndərib.

XALQ.AZ  xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab prezident,

Son günlər ölkənizdə törədilmiş terror aktları bizi son dərəcə kədərləndirir.

Biz bu amansız əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”