Prezident bir qrup şəxsi təltif etdi -Siyahı

Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə müvafiq sərəncamı noyabrın 27-də prezident İlham Əliyev imzalayıb.

M.Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Solmaz Əli qızı Rüstəmova-Tohidiyə “Əməkdar elm xadimi” fəxri adı verilib.

Prezident İlham Əliyev daha bir sərəncamla Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimlini “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

Bundan əlavə dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə, Əlibəyov İnqilab Vəlibəy oğlu “Şöhrət” ordeni ilə, Abıyev Aydın Müstəcəb oğluCəfərov Vilayət Abbasqulu oğlu və Həsənova Esmeralda Yusub qızı isə “Tərəqqi” medalı ilə təltif olunublar.

 

Orxan