Prezident bu şəxsə “Dostluq” ordeni verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hacımurad Qatsalovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Qatsalov Hacımurad Harumoviç “Dostluq” ordeni ilə təltif edilsin.