Prezident Cəlal Qasımova fəxri ad verdi

Prezident İlham Əliyev Cəlal Qasımova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında Dövlət Təhlükəsizliyi Xidmətinin təhsil sahəsinin inkişafında xidmətlərinə görə Cəlal Əbil oğlu Qasımova “Əməkdar müəllim” fəxri adı verilsin.

 

Orxan