Prezident dünya çempionu olan şahmatçını təbrik etdi

prezident ilham əliyev

Azərbaycan Prezidenti İlham Əliyev şahmatçı Aydın Süleymanlıya təbrik məktubu ünvanlayıb.

XALQ.AZ xəbər verir ki, məktubda deyilir:

“Əziz Aydın,

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”.