Prezident Emin Məmmədovu sədr təyin etdi

Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Emin Məmmədov Respublikanın Əməkdar incəsənət xadimi,Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.