Prezident FHN Akademiyasına yeni rəis təyin etdi

prezident ilham əliyev

Prezident İlham Əliyev Pənah Süleymanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamda qeyd edilir ki, Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə Baba Hacı-Baba oğlu Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib.

 

Orxan