Prezident generalları təltif etdi

Prezident İlham Əliyev bu gün DTX rəisi Mədət Quliyevlə bağlı sərəncam imzalayıb.
XALQ.AZ xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
***
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.