Prezident İlham Əliyevə etibar edirlər

Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlı keçirilən ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə, 2021-ci ilin  yanvar-mart ayları dövlət başçısınmın işlərində ən dinamik dövr hesab olunur.

Bu barədə  Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə, keçirilmiş sorğunun nəticələri onu göstərir ki, əhalinin 88.3%-i Prezident İlham Əliyevə 2021-ci il üzrə beynəlxalq və daxili müstəvidəki fəaliyyət, milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından tam etibar edib.“İctimaiyyətin inam indeksinin 5-ci buraxılışı cari ilin yanvar-mart aylarını əhatə edir. Bu aylar Prezidentin fəaliyyətinin ən dinamik dövrü hesab olunur.

Bu aylar ərzində sorğuda iştirak edən repondentlərin 88.3%-i Prezidentə tam etibar etdiyini bildirib.

Qeyd edim ki, martdan sonrakı aylar isə ilin sonunda hesabat kimi əhaliyə təqdim olunacaq”, – deyə STM rəsmisi bildirib.