Prezident İlham Əliyev andiçmə mərasimində sonra Ulu öndər Heydər Əliyevin məzarını,şəhidlər xiyabanını ziyarət etmiş, və Dövlət Bayrağı meydanında olmuşdur

 

20

lham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

Prezident İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad etdi.

Dövlətimizin başçısı Ulu Öndərin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və önünə gül dəstələri qoydular.

Dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.

 

21 22 23

 

******

24

 

İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət etmişdir.

Dövlətimizin başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

 

26 27 28

 

*******

 

30

İlham Əliyev Dövlət Bayrağı Meydanında olmuşdur

Prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olmuşlar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı əsgərləri salamladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açıldı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

Prezident İlham Əliyev hakimiyyəti illərində xalqımızın mənəvi dəyərlərinə, dövlət rəmzlərinə böyük önəm vermişdir. Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Gününün təsis olunması bunun bariz təsdiqidir.

Dövlət Bayrağı Meydanı 2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə təntənəli surətdə açılmışdır. Bakıdakı bayraq dirəyi hündürlüyünə görə 2010-cu il mayın 29-da Ginnesin rekordlar kitabına daxil edilmişdir. İyirmi min kvadratmetr ərazisi olan meydanda ucaldılan bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın eni 35, uzunluğu 70 metrdir.

Bu gün paytaxtla yanaşı, regionlarda da müasir bayraq meydanlarının tikilməsi xalqımızın milli qürur mənbəyi – dövlət bayrağımıza olan dərin sevgidən qaynaqlanır. Bu, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlət atributlarına olan məhəbbətini bir daha nümayiş etdirir.

Sonda xatirə şəkli çəkdirildi.

 

31 32 33 34 35 36 37 38