Prezident İlham Əliyev Hacıqabulda

Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.

İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib.​ 

Dövlət başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.

***

Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.

***
İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub. Dövlət başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.