Prezident İlham Əliyev Hafiz Paşayevi təltif etdi

Prezident İlham Əliyev Hafiz Paşayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Hafiz Paşayev istefa verdi

XALQ.AZ xəbər verir ki, H. Paşayev Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Hafiz Paşayev ADA Universitetinin rektorudur. Onun mayın 2-də 80 yaşı tamam olacaq.